Bu Blogda Ara

1/20/2011

Danışan sözlər (20 Beyt)

            Aeres – Yalan imiş

                  20.01.2011

Dağıl ,ey dünya, ədalət yalan imiş !
Qazanar haqq da bəraət,yalan imiş !
                        ***
Tvlər göstərir hər cür zövqə uyğun klonu
Çəkirəm mən də xəcalət,yalan imiş !
                        ***
Cəbhədə əladır vəziyyət,camaat
Bilin ki yoxdu xəsarət – yalan imiş
                        ***
Şər atmayın yuxarı bəla verər ki..
Göylər də edər cinayət ?! yalan imiş
                        ***
Başımız tapdalanır çün içi boşdur
Bizdədi bütün qəbahət yalan imiş
                        ***
Tanrıya ya Allaha eylədim dua
Əminəm verər hidayət – yalan imiş !
                        ***
Azadlığa var nəzarət,bu,rəzalət !!
Düzələr bir gün nəhayət yalan imiş !
                        ***
Müxtəlif fasonda alətlə itaət
İrsəndi genində qarət yalan imiş
                        ***
Nağıllarda var cəsarət !! oxudum mən
Həqiqətdə yox cəsarət yalan imiş !!
                        ***
Əcaba varmı dəyanət xalqımızda ??
Əlbəttə olan rəşadət yalan imiş !!
                        ***

Qiraət verir ləyaqət ! artırır,o
Olmayan canda ləyaqət – yalan imiş
                        ***
Başı boş molla deyir ancaq ibadət !
Qəflətən gələr fəlakət – yalan imiş !!
                        ***
Qoxladım məhəbbətin qönçəsini və
Duydum ki yoxdu təravət – yalan imiş !
                        ***
Tapacaq mənlə səadət həmin afət
Ki mənə edir nəzakət – yalan imiş !
                        ***
Qızarır yanaqları dostun,olur al
Gördüyüm bu cür hərarət yalan imiş
                        ***
Dərdimə yoxdu çarə yoxdu şəfaqət
Ki deyim əla təbabət yalan imiş !
                        ***
Səsimdə yoxdu məlahət,bu,kifayət
Ki yoxdu məndə sirayət yalan imiş
                        ***
Fikrim hərflərdən ibarət və imarət
İlqar da edir şikayət yalan imiş